Xəbər lenti
Tramp süni intellektin adını dəyişdi
ABŞ Prezidenti Donald Tramp süni intellektlə bağlı federal hökumətin istifadə etdiyi terminologiyanın dəyişdirilməsini nəzərdə tutan fərman imzalayıb.Manevr.az xəbər verir ki, Ağ Evin yaydığı məlumata görə, sentyabrın 29-da imzalanan sənədlə ABŞ-ın icra hakimiyyəti strukturlarına "Artificial Intelligence" və "AI" ifadələri əvəzinə "Super Intelligence" və "SI" terminlərindən istifadə etmək tapşırılıb.
Yeni qayda federal qurumların rəsmi yazışmalarına, ictimai açıqlamalarına, internet səhifələrinə, hesabatlarına və siyasət sənədlərinə şamil olunur. Bununla belə, daha əvvəl qəbul edilmiş qanunlar, qaydalar, müqavilələr və tarixi sənədlərin dəyişdirilməsi tələb edilmir.
Fərmanda "Super Intelligence" termininin hazırda ABŞ qanunvericiliyində "Artificial Intelligence" üçün nəzərdə tutulan texnologiya və sistemləri əhatə etdiyi qeyd olunur. Eyni zamanda, prezidentin elm və texnologiya üzrə müşavirinə 60 gün ərzində "Super Intelligence" və "SI" üçün ayrıca federal hüquqi tərif hazırlanması ilə bağlı təklif təqdim etmək tapşırılıb.
Tramp isə bu dəyişikliyi texnologiyanın imkanlarının əvvəlki "Artificial Intelligence" anlayışından daha geniş olması ilə əsaslandırıb. ABŞ prezidentinin sözlərinə görə, yeni termin süni intellektin inkişaf edən imkanlarını daha yaxşı ifadə edir.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























