Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırır

Tarix: 02-10-2026 10:15     Baxış: 329 A- / A+
Yaponiya hakimiyyəti Rusiyaya qarşı növbəti sanksiyalar paketinin tətbiqini nəzərdən keçirir.
Manevr.az xəbər verir k, bu barədə "Yomiuri" qəzetinn hökumət mənbələrinə istinadən yaydığı məlumatda qeyd olunub.
Qəzet qeyd edir ki, Avropa İttifaqı ölkələri son vaxtlar Moskvaya qarşı sanksiya təzyiqini gücləndirir və Yaponiyanın da onlara qoşulması mümkündür. Nəşrin məlumatına görə, məhdudlaşdırıcı tədbirlər "kölgə donanması" adlandırılan qrupa aid gəmiləri hədəf ala bilər. Bundan əlavə, ixrac məhdudiyyətlərinin genişləndirilməsi və ixraca nəzarət tədbirlərinin sərtləşdirilməsi də müzakirə olunur.

Eyni zamanda, sanksiyalar Rusiya Prezidenti Vladimir Putinin Tokio tərəfindən kəskin etirazla qarşılanan İturup səfəri ilə də əlaqəlidir. Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrev Yaponiyanın reaksiyasını əsassız bir addım kimi qiymətləndirib və Yaponiya xarici işlər nazirinə Cənubi Kuril adalarının Rusiya Federasiyasının ayrılmaz hissəsi olduğunu izah edib.
Yaponiya hökuməti Rusiyaya qarşı sonuncu dəfə 12 sentyabr 2025-ci ildə – Baş nazir Şiqeru İşibanın rəhbərlik etdiyi əvvəlki administrasiya dövründə sanksiyalar tətbiq etmişdi. Hazırkı Baş nazir Sanae Takaiçinin kabineti dövründə isə bu cür tədbirlər görülməyib.
Eyni zamanda, Yaponiyanın aparıcı media qurumları tərəfindən avqustun sonu və sentyabr ayında keçirilmiş iki ayrı ictimai rəy sorğusunun nəticələri göstərir ki, yaponların əksəriyyəti Moskva ilə münasibətlərdə sanksiyalar əvəzinə dialoqa üstünlük verir. Həm mühafizəkar *Sankei* qəzeti və "Fuji TV" yayım şəbəkəsi tərəfindən, həm də *Nikkei* qəzeti tərəfindən aparılan sorğularda respondentlərin yarıdan çoxu belə bir fikir bildirib ki, hökumət Cənubi Kuril adaları ətrafındakı vəziyyətlə bağlı sanksiyaları sərtləşdirmək əvəzinə, Rusiyaya qarşı daha çevik mövqe tutmalı və dialoqa çağırmalıdır.
2022-ci ildən bəri Yaponiya hakimiyyəti Rusiyaya qarşı bir neçə sanksiya paketi tətbiq edib ki, bu da ikitərəfli əlaqələrin əhəmiyyətli dərəcədə məhdudlaşmasına səbəb olub. Rusiyanın Tokiodakı səfiri TASS-a müsahibəsində qeyd edib ki, Yaponiyanın düşmənçilik siyasəti ucbatından münasibətlər görünməmiş dərəcədə aşağı səviyyəyə düşüb və onların bərpası, həmçinin dövlətlərarası təmasların yenidən qurulması üçün ilkin şərt Yaponiyanın bu qeyri-dost kursdan imtina etməsidir.

Sevinc
Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar