Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

İrəvandan Moskvaya sərt cavab

Tarix: 30-09-2026 21:56     Baxış: 330 A- / A+
Rusiyada Ermənistan ərazisində yaradılan “Firebird AI” zavodunun kəşfiyyat məqsədləri üçün istifadə oluna biləcəyi barədə səslənən iddialar İrəvanın etirazına səbəb olub. Ermənistanın yüksək texnologiyalar sənayesi və süni intellekt naziri David Tadevosyan bu iddiaları “siyasiləşdirilmiş və qeyri-ciddi” adlandırıb.

Nazir jurnalistlərə açıqlamasında Rusiya telekanallarında “Firebird AI” zavodu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

“Məncə, bu, siyasiləşdirilmiş qiymətləndirmədir. Bundan sonra belə zavodlar infrastruktur əhəmiyyəti daşıyacaq. Hesablama gücü və resurs tələb edən istənilən məsələ bu cür strukturların imkanlarından istifadə edilməklə həll olunacaq”, – Tadevosyan deyib.

Nazir Rusiya mediasının iddialarını tənqid edərkən avtomobillə müqayisə aparıb. Onun sözlərinə görə, avtomobildən də cinayət törətmək üçün istifadə etmək mümkündür, lakin bu, avtomobillərin istifadəsinin qadağan və ya məhdudlaşdırılması üçün əsas sayıla bilməz.

“Bu cür spekulyasiyaların hamısı siyasiləşdirilmiş və qeyri-ciddidir. Əgər belə bir ittiham irəli sürülürsə, konkret faktlar təqdim olunubmu? Faktlar təqdim edilərsə, məmnuniyyətlə oturub onları müzakirə edərik. İndiyədək deyilənlərin hamısı daha çox spekulyasiya sahəsinə aiddir”, – Tadevosyan bildirib.

Beləliklə, Ermənistan hökuməti “Firebird AI”nin kəşfiyyat obyekti ola biləcəyi barədə Rusiya mediasında səslənən iddiaları rədd edir və Moskvadan bu iddiaları əsaslandıracaq konkret faktların ortaya qoyulmasını tələb edir. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar