Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

35 yaşlı kişinin bədənindən çıxanlar həkimləri ŞOKA SALDI

Tarix: 30-09-2026 13:23     Baxış: 328 A- / A+
Çində sidiyə çıxarkən ağrı və sidikdə qan şikayəti ilə xəstəxanaya müraciət edən 35 yaşlı kişinin bədənində onlarla metal əşya aşkarlanıb. Onlardan birinin ürəyi əhatə edən qişanı deşdiyi məlum olub.
Manevr.az lent.az-a istinadən xəbər verir ki, ilkin müayinədə xəstənin həyati göstəriciləri normal olub, lakin görüntülərdə döş qəfəsi nahiyəsində şübhəli kölgə görən həkimlər kompüter tomoqrafiyası aparıblar.
Müayinə zamanı ürək nahiyəsində, qarın və çanaq boşluğunda, sidik kisəsində, həmçinin cinsiyyət orqanında iynəyə bənzər çoxsaylı metal əşyalar müəyyən edilib. Ən ciddi təhlükəni ürəkətrafı kisəni, perikardı deşən 3,5 santimetrlik tikiş iynəsi yaradıb.
Uşaqlıqdan psixi sağlamlıq problemləri olduğu bildirilən kişi bu əşyaların bədəninə necə düşdüyünü izah edə bilməyib. Onun qəyyumu olan atası da bundan xəbərsiz olduğunu deyib.
İki il əvvəl də xəstənin qarnından yad cisimlər çıxarıldığını nəzərə alan həkimlər əşyaların özünə zərərvermə davranışı nəticəsində bədənə daxil edilmiş ola biləcəyindən şübhələniblər. Bununla belə, onların bədənə hansı yolla düşdüyü dəqiq müəyyənləşdirilməyib.
Kişi təcili əməliyyat olunub və ürəkətrafı kisədən güclü paslanmış iynə çıxarılıb. Həkimlər iynənin uzun müddət orada qaldığını bildiriblər. Maraqlıdır ki, xəstənin sinəsində çapıq və ya deşilmə izi aşkarlanmayıb.
Ürəyin fəaliyyətində yaranan problemlər səbəbindən xəstənin bərpası vaxt aparıb. O, doqquz gün sonra evə buraxılıb, doqquz aylıq müşahidənin sonunda isə ürəyinin fəaliyyəti tam normallaşıb.
Digər iynələrin çıxarılması yüksək risk daşıdığından həkimlər əlavə müdaxilə etməyərək xəstəni müşahidə altında saxlamağa qərar veriblər.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar