Sizin Reklam Burada
Xəbər lenti
29-09-2026
28-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qarabağa yeni həmlə – Türkiyə - Azərbaycan birliyinə qarşı "Dünya xristianları" hərəkətə keçdi

Tarix: 29-09-2026 23:16     Baxış: 328 A- / A+
Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında davam edən qarşıdurmaya beynəlxalq xristian təşkilatı da qoşulub.

“Christian Solidarity International” (CSI) Ermənistan hökumətini kilsə ilə bağlı hazırlanan qalmaqallı hesabatı geri götürməyə çağırıb.

CSI Ermənistan hakimiyyətindən bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması planından imtina etməyi və kilsənin müstəqilliyinə müdaxilə etməməyi tələb edib.

Təşkilat ABŞ, Avropa İttifaqı və Avropa Şurasına da müraciət edərək onları Paşinyan hökumətinə Ermənistanın insan hüquqları sahəsində öhdəliklərini xatırlatmağa və kilsənin daxili işlərinə müdaxilənin dayandırılmasını tələb etməyə çağırıb.

CSI iddia edir ki, hökumətin hesabatında göstərilənlərin əksinə olaraq, kilsə ətrafındakı böhranı Ermənistan hakimiyyətinin özü yaradıb. Təşkilat hesabatın Erməni Apostol Kilsəsinə qarşı dövlət tərəfindən dəstəklənən uzunmüddətli kampaniyanın bir hissəsi olduğunu bildirir.

CSI həmçinin Paşinyanın II Qaregini vəzifədən uzaqlaşdırmağa və kilsəni dövlət nəzarətinə tabe etdirməyə çalışdığını iddia edir.

Bəyanatda yüksək rütbəli din xadimlərinin həbsləri, katolikos və altı yepiskopla bağlı cinayət-hüquqi proseslər, eləcə də kilsə daxilində parçalanma yaratmaq cəhdləri barədə də danışılır. CSI bunların kilsənin muxtariyyətinin pozulması olduğunu bildirir.

Təşkilat hesab edir ki, hesabatda səsləndirilən bəzi ittihamlar müvafiq hüquqi instansiyalarda araşdırılmalı, siyasi sənədlə ictimailəşdirilməməlidir. CSI bunun ədalətli məhkəmə araşdırması və təqsirsizlik prezumpsiyası ilə bağlı problemlər yaratdığını iddia edir.

CSI həmçinin Ermənistan konstitusiyasında Erməni Apostol Kilsəsinin erməni xalqının mənəvi həyatında və milli kimliyinin qorunmasında xüsusi missiyasının tanındığını xatırladır.

Bəyanatın sonunda təşkilat kilsənin hakimiyyətə qarşı mövqeyinin formalaşdığı şəraitdən də danışır. CSI burada Ermənistanın 2020-ci il 44 günlük müharibədə məğlubiyyətini və 2023-cü ildə Qarabağ ermənilərinin bölgəni tərk etməsini göstərir. Təşkilat sonuncu hadisəni “etnik təmizləmə” adlandırır.

Qeyd edək ki, Christian Solidarity International dövlətlərarası beynəlxalq qurum deyil. Bu, İsveçrədə yerləşən, Azərbaycan və Türkiyəyə qarşı açıq qərəzli mövqeyi ilə seçilən xristian hüquq-müdafiə təşkilatıdır.

CSI-nin Azərbaycan və Türkiyə ilə bağlı materiallarında qərəzli və faktlarla uzlaşmayan iddialar yer alır. Təşkilat Qarabağı ermənilərin “qədim vətəni” kimi təqdim edir, Azərbaycan və Türkiyənin Qarabağa və Ermənistana “hücum etdiyini” iddia edir.

Halbuki Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınıb. Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünün bərpası uğrunda müharibə aparıb, 2023-cü ildə isə Qarabağda suverenliyini tam bərpa edib. Azərbaycanın öz beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirdiyi əməliyyatları “Ermənistana hücum” kimi təqdim etmək həqiqətə uyğun deyil. Türkiyənin Ermənistana hərbi hücum etməsi barədə səsləndirdiyi fikirlərsə tamamilə absurddur.

Bu baxımdan CSI-nin Azərbaycan və Türkiyənin “Ermənistana hücum etməsi” barədə təqdimatı qərəzli və həqiqətə uyğun olmayan iddiadır. Təşkilatın Qarabağı ermənilərin “qədim vətəni” kimi təqdim etməsi də onun Qarabağ məsələsində açıq ermənipərəst mövqedən çıxış etdiyini göstərir.

CSI-nin son bəyanatında isə Ermənistan hökumətindən kilsə ilə bağlı hesabatın geri götürülməsi, II Qareginin vəzifədən uzaqlaşdırılması istiqamətində addımlardan imtina edilməsi və Erməni Apostol Kilsəsinin daxili işlərinə müdaxilənin dayandırılması tələb olunur. musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar