Sizin Reklam Burada
Xəbər lenti
29-09-2026
28-09-2026
BÜTÜN XƏBƏRLƏR

İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb

Tarix: 29-09-2026 16:02     Baxış: 419 A- / A+


İranın Gürcüstandakı səfiri diplomatik qalmaqal yaradıb
İranın Gürcüstandakı səfiri Seyed Ali Moucani “Facebook” səhifəsində paylaşımı ilə diplomatik qalmaqal yaradıb.
Manevr.az xəbər verir ki, diplomat İran səfirliyinin binasının fasadına proyeksiya olunmuş gürcü çariçası Ketevanın təsvirini paylaşaraq tezliklə bu tarixi şəxsiyyət barədə ilkin araşdırmalarının nəticələrini təqdim edəcəyini bildirib.
Səfirin bu hərəkəti Gürcüstan parlamentinin üzvləri tərəfindən kəskin narazılıqla qarşılanıb. Parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze İran səfirini diplomatik protokol çərçivəsində qalmağa və tarixi məsələlərə dair şərhlərdən çəkinməyi tövsiyə edib.
“Səfirə məsləhət görürəm ki, tarixi ekskurslara dərindən baş vurmasın, çünki bu, onun işi deyil. Əgər iki ölkə arasında normal münasibətlərin qorunub saxlanılmasını istəyirsə, belə çıxışlardan çəkinməlidir”, - deyə o əlavə edib.
Komitə sədri qeyd edib ki, məsələ Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə onun ölkəyə qayıtmasından sonra müzakirə olunacaq.
Parlamentin hakim “Gürcü Arzusu” partiyasından olan üzvləri İrakli Kadaqişvili və Aluda Quduşauri də İran səfirinin paylaşımının onun səlahiyyətlərindən kənara çıxdığını bildiriblər. Deputatlar Gürcüstan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı reaksiyasının mütləq olacağını vurğulayıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar