Xəbər lenti
Milçəklərlə insanların davranışında oxşarlıq tapıldı
Britaniyalı alimlər erkək və dişi meyvə milçəklərinin beyninin quruluşu və fəaliyyətindəki fərqləri ilk dəfə ətraflı araşdırıblar. Tədqiqat erkək milçəklərdə aqressiya, cütləşmə davranışının necə formalaşdığını anlamağa imkan verib.Manevr.az lent.az-a istinadən xəbər verir ki, Kembric Universitetinin tədqiqatçıları erkək meyvə milçəyinin beynindəki neyron şəbəkəsini yenidən quraraq təxminən 124 milyon sinir əlaqəsini araşdırıblar.
İki il əvvəl isə analoji tədqiqat dişi meyvə milçəyi üzərində aparılmışdı.
Alimlər vurğulayıblar ki, bu nəticələri birbaşa kişi və qadın davranışındakı fərqlərə şamil etmək düzgün deyil. Buna səbəb insan davranışının qat-qat daha mürəkkəb olmasıdır.
Beynin 95 faizi eynidir
Tədqiqat zamanı erkək meyvə milçəyinin beyni və sinir sistemi üçölçülü şəkildə xəritələndirilib. Bütün hüceyrələr və onların bir-biri ilə əlaqələri göstərilib.Məlum olub ki, erkək və dişi meyvə milçəklərinin beyin hüceyrələrinin təxminən 95 faizi eynidir. Lakin qalan 5 faizlik fərq onların davranışında nəzərəçarpacaq dəyişikliklər yaratmağa kifayət edir.
Erkəklərdə aqressiya sistemi daha güclüdür
Alimlər erkək meyvə milçəklərində üç əsas davranış fərqi müəyyən ediblər.Cütləşmə zamanı erkəklərin beyni dişinin hərəkətlərini daha dəqiq izləyir. Aqressiya ilə bağlı neyron şəbəkələri erkəklərdə daha güclü inkişaf edib.
Bundan başqa, erkəklərdə dişini cəlb etmək üçün qanadların titrəməsini idarə edən ayrıca sinir sistemi mövcuddur. Bu titrəyişlər nəticəsində xüsusi səs yaranır.
Tədqiqatın həmmüəllifi doktor Filip Şlegelin sözlərinə görə, erkək milçək dişiyə yaxınlaşarkən qanadlarını titrədərək xüsusi mahnı yaradır.
Əgər dişi bu davranışı qəbul edirsə, erkəyin ona yaxınlaşmasına imkan verir, əks halda onu rədd edir.
Davranışı iki gen idarə edir
Alimlər müəyyən ediblər ki, bu üç spesifik neyron şəbəkəsinin formalaşmasına iki əsas gen nəzarət edir.Tədqiqatçılar bunun sayəsində genetik mexanizmlərin davranışla əlaqəli sinir bağlantılarını necə formalaşdırdığını daha aydın görə biliblər.
Autizm və şizofreniyanın öyrənilməsinə kömək edə bilər
Araşdırmanın rəhbəri professor Qreqori Cefferis hazırlanmış neyron xəritəsini beyni daha dərindən öyrənməyə imkan verən güclü teleskopla müqayisə edib.Alimlərin fikrincə, əldə olunan məlumatlar genlərin autizm spektri pozuntuları və şizofreniya kimi vəziyyətlərə necə təsir etdiyini anlamağa kömək edə bilər.
Bununla yanaşı, tədqiqat nəticələrinin süni intellekt texnologiyalarının inkişafında da istifadə oluna biləcəyi bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, meyvə milçəyinin beyni ölçü baxımından çox kiçik olsa da, olduqca səmərəli işləyir və bəzi tapşırıqlarda müasir superkompüterlər və süni intellekt sistemləri ilə müqayisədə yüksək effektivlik göstərə bilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























