Xəbər lenti
Ərdoğanın komandasından qəfil gecəyarı istefası – Keçmiş nazir bütün vəzifələrini buraxdı
Kaya qərarını sentyabrın 26-da açıqlayıb. O, AK Partiya sədri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan tutduğu bütün vəzifələrdən azad edilməsini istəyib.
İstefanın səbəbi son günlər Kaya və həyat yoldaşı İlyas Kayanın adının çəkildiyi fond və səhm əməliyyatları ilə bağlı iddialardır. İstanbul Respublika Baş Prokurorluğunun kapital bazarında həyata keçirilən şübhəli əməliyyatlarla bağlı araşdırması fonunda Kaya ailəsi ilə bağlı müxtəlif iddialar mediada yayılıb.
Müxalif YENİ Partiyanın sözçüsü Zeynal Əmrə iddia edib ki, Fatma Betül Sayan Kaya və həyat yoldaşı qısa müddət ərzində müəyyən səhmlərdən son dərəcə böyük gəlir əldə ediblər. Keçmiş AK Partiya millət vəkili Şamil Tayyar da məsələ ilə bağlı açıqlama verərək iddiaların doğru olduğu halda Kayanın istefa etməli olduğunu bildirmişdi.
Kaya isə istefa açıqlamasında haqqında gündəmə gətirilən məsələlərin bütün istiqamətləri ilə araşdırılmasının vacibliyini vurğulayıb. O, prosesin sağlam şəkildə davam etməsi və məsələnin tam aydınlaşdırılması üçün siyasi və vicdani məsuliyyət daşıdığını bildirərək vəzifələrindən ayrılmaq qərarına gəldiyini açıqlayıb.
Fatma Betül Sayan Kaya 2016–2018-ci illərdə Türkiyənin ailə və sosial siyasət naziri olub. Son dövrdə isə AK Partiya sədrinin müavini və partiyanın Sosial Siyasətlər üzrə rəhbəri vəzifələrini icra edirdi. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























