Sizin Reklam Burada
Xəbər lenti
26-09-2026
25-09-2026
BÜTÜN XƏBƏRLƏR

Almaniyada 45 min məktəbli küçələrə çıxdı

Tarix: 26-09-2026 23:02     Baxış: 331 A- / A+
almaniyada-45-min-mektebli-kucelere-cixdi

Almaniyanın 100-dən çox şəhərində 45 mindən artıq məktəbli məcburi hərbi xidmətin bərpası ehtimalına və məcburi tibbi müayinələrə qarşı kütləvi etiraz aksiyalarında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.

Nəşr yazır ki, etiraz aksiyaları sentyabrın 25-də keçirilib. Təkcə Berlində polis 2.400-ə yaxın nümayişçinin olduğunu bildirib. Münxendə aksiyaya təxminən 700, Nürnberqdə 400, Ştutqartda isə 200 nəfər qatılıb. Ölkə üzrə ümumi 45 minlik göstərici aksiya təşkilatçıları tərəfindən açıqlanıb, polis isə hələlik vahid rəqəm dərc etməyib.

Münxendəki etirazçılar “Bundesverə bir nəfər də, bir sent də verilməsin!” şüarları səsləndiriblər. Aksiyada nümayiş etdirilən plakatlarda “Bizi rahat buraxın!” və “Xeyr, biz getməyəcəyik!” sözləri yazılıb. Aksiyanın iştirakçılarından biri artıq hərbi tibbi müayinəyə çağırış vərəqəsi aldığını bildirib.

Qeyd edək ki, Almaniyada hərbi xidmətlə bağlı yeni qaydalar 2026-cı ilin yanvarından qüvvəyə minib. 18 yaşı tamam olmuş kişi və qadınlar hərbi xidmətə hazır olub-olmadıqları ilə bağlı sorğu vərəqəsi alırlar. Kişilər üçün bu vərəqəni doldurmaq məcburi, qadınlar üçün isə könüllüdür. 2008-ci il təvəllüdlü kişilər üçün məcburi tibbi müayinələrə artıq başlanılıb. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar