Sizin Reklam Burada
Xəbər lenti
26-09-2026
25-09-2026
BÜTÜN XƏBƏRLƏR

Saxta məlumat yayan jurnalist həbs olundu

Tarix: 26-09-2026 21:00     Baxış: 330 A- / A+
Türkiyəli jurnalist və bloqer Əli Tarakçı sentyabrın 25-də “X” sosial şəbəkəsində “çox mühüm bir nazirin istefa verdiyini” iddia edən paylaşımına görə həbs edilib.

Bu barədə “Karar” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ankara Prokurorluğu ictimaiyyət arasında yalan məlumat yayılması ilə bağlı aparılan istintaq çərçivəsində Tarakçı barəsində həbs qərarı verib. Türkiyə Cinayət Məcəlləsinin müvafiq maddəsi bu əmələ görə 1 ildən 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edək ki, bu həftə bir sıra yerli media orqanları Türkiyənin maliyyə naziri Mehmet Şimşekin istefa verdiyini iddia edib. Bu məlumatı həm nazirin özü, həm də Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi təkzib edib.

Mərkəzdən bildirilib ki, maliyyə bazarlarını manipulyasiya etmək məqsədilə saxta məlumat yayan şəxslərin fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Şayiələr bundan bir həftə əvvəl investisiya fondlarında likvidlik böhranı fonunda İstanbul Birjasının əsas BIST indeksinin kəskin enməsindən sonra yayılıb.

İstintaqın versiyasına görə, bazarda yaranan panika süni şəkildə yaradılıb. İstanbul Prokurorluğu birjanın keçmiş rəhbəri Mustafa Turhan barəsində cinayət işi açıb.

Hazırda 45 nəfərin həbs edildiyi, hakimiyyət orqanlarının isə 130-dan çox investisiya fondunun ləğvi barədə qərar qəbul etdiyi bildirilir. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar