Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Hindistanda kişi huşunu itirmiş ilanı süni tənəffüslə xilas etdi

Tarix: 25-09-2026 08:40     Baxış: 385 A- / A+
Hindistanda bir kişi huşunu itirmiş ilana süni tənəffüs tətbiq edərək onu xilas edib.

 "The Open Press" xəbər verir ki, ilan kimyəvi tullantılarla çirklənmiş su çəninə düşdüyü üçün hərəkətsiz vəziyyətə düşüb.

Hadisə Vapi şəhərindəki sənaye müəssisəsinin təmizləyici stansiyasında baş verib. İlan tullantı suları olan rezervuara düşüb və zəhərli maye ilə təmasdan sonra onda həyat əlamətləri itib.

Müəssisənin əməkdaşları dərhal ilanları tutan və könüllü fəaliyyət göstərən Sancay Pavarı əraziyə çağırıblar.

Pavar heyvanı sudan çıxarıb və təxminən iki dəqiqə ərzində ona süni tənəffüs tətbiq edib. Bundan sonra ilanda canlanma müşahidə olunub və o, özünə gəlib.

Xilas edilən canlının zəhərsiz siçovul ilanı olduğu müəyyənləşib. Vəziyyəti normallaşdıqdan sonra ilan təhlükəsiz əraziyə aparılaraq meşəyə buraxılıb.

Kimyəvi cəhətdən çirklənmiş su ilə birbaşa təmasda olan Pavar özü də tibbi müayinədən keçirilib. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar