Xəbər lenti
İran və ABŞ BMT Baş Assambleyası çərçivəsində danışıqlar aparıblar
Sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində İran və ABŞ Qətər vasitəçisi ilə mesaj mübadiləsi aparıb. Danışıqlar təxminən iki saat davam edib. Manevr.az-ın xəbərinə görə, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai məlumat verib.
"Dünən BMT Baş Assambleyası çərçivəsində və vasitəçi ölkələrin iştirakı ilə İran və ABŞ arasında aparılan danışıqların davamı olaraq, Qətərli vasitəçi vasitəsilə növbəti dəfə mesaj mübadiləsi və mövqelərə aydınlıq gətirilməsi prosesi baş tutdu. Təxminən iki saat davam edən bu proses zamanı İranın diplomatik prosesi bərpa etməklə bağlı mövqeləri və şərtləri Amerika tərəfinə çatdırıldı", - deyə o, X sosial şəbəkəsində yazıb.
Bağayi vurğulayıb ki, İranın şərtlərinə ABŞ-ın dəniz və iqtisadi blokadalarının aradan qaldırılması, bütün cəbhələrdə müharibələrə son qoyulması, İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması və Maskat ilə Tehran arasında razılaşdırılmış Hörmüz boğazı üzərindən gəmiçilik marşrutunun tanınması daxildir.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























