Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır

Tarix: 23-09-2026 14:46     Baxış: 328 A- / A+
Aristotelin İsgəndərə dərs dediyi məktəb  tapıldı - 2300 illik sirr açılırYunanıstanın şimalında yerləşən qədim Mieza şəhərində eramızdan əvvəl IV əsrə aid iri arxeoloji kompleks aşkarlanıb.
Manevr.az xəbər verir ki, kompleksin məşhur filosof Aristotelin gənc Makedoniyalı İsgəndərə dərs dediyi məktəb olduğu ehtimal edilir.
Arxeoloji qazıntılar zamanı ərazidə iki ziyafət zalı, idman meydançası, stadion, üstüörtülü qalereya və tədris üçün nəzərdə tutulan otaqlar aşkarlanıb. Bəzi otaqlarda daş oturacaqların olduğu müəyyən edilib.
Tikililərin döşəmələrində mozaikalar, müxtəlif hissələrində isə sütunlar aşkarlanıb. Ziyafət zallarında vaxtilə qonaqlar üçün nəzərdə tutulan yataqların yerləşdirildiyi xüsusi platformalar da qorunub saxlanılıb.
Mütəxəssislər kompleksin memarlıq və bəzək üslubunun qədim Makedoniyanın paytaxtı Egeydə yerləşən kral sarayına bənzədiyini bildirirlər. Bu oxşarlıq arxeoloqlara tikilinin kral ailəsi ilə əlaqəli ola biləcəyini düşünməyə əsas verir. Araşdırmalar davam etdirilir.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar