Sizin Reklam Burada
Xəbər lenti
20-11-2026
19-11-2026
BÜTÜN XƏBƏRLƏR

Belqorodun keçmiş vitse-qubernatoru Ukraynadakı müharibədə ölüb

Tarix: 22-09-2026 14:44     Baxış: 4117 A- / A+


Belqorod şəhərinin sabiq meri Konstantin Polejayev Belqorod şəhərinin sabiq meri Konstantin Polejayev

Belqorod vilayətinin sabiq vitse-qubernatoru və Belqorod şəhərinin sabiq meri Konstantin Polejayev Ukraynada gedən döyüşlərdə aldığı ağır yaralardan ölüb.
Manevr.az xəbər verir ki, bu barədə “MK” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Polejayev Rusiya Silahlı Qüvvələrinin Belqorod bölməsində “BARS” dəstəsinin tərkibində xidmət edib. O, pilotsuz uçuş aparatının hücumu nəticəsində ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, keçmiş məmurun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Konstantin Polejayev 2015-2019-cu illərdə Belqorod şəhərinin meri olub, daha sonra Belqorod vilayətinin vitse-qubernatoru vəzifəsində çalışıb.
2024-cü ildə məhkəmə Polejayevi rüşvət almaqda təqsirli bilərək beş il müddətinə azadlıqdan məhrum edib. İstintaqın məlumatına görə, o, tikinti şirkətinin direktorundan dövlət müqavilələrinin əldə edilməsinə köməklik göstərmək müqabilində ümumi dəyəri təxminən 18 milyon rubl olan iki bahalı avtomobil alıb.
“MK”nın məlumatına görə, hökm qüvvəyə minməzdən əvvəl Polejayev Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və bundan sonra cəzasını çəkməkdən azad edilərək hərbi xidmətə göndərilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar