Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

COVID-19-dan illər sonra dəhşətli tapıntı: Kisələrdən insan cəsədləri çıxdı

Tarix: 22-09-2026 09:25     Baxış: 327 A- / A+
Rumıniyanın cənubundakı Slatina şəhərində yerləşən bələdiyyə qəbiristanlığında COVID-19 pandemiyası zamanı ölən şəxslərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkarlanıb.
Manevr.az publikaaz-a istinadən xəbər verir ki, hadisə qəbiristanlıqda təmir işləri aparılarkən üzə çıxıb.
Qəbiristanlıqdakı sərdabələrdən birinin yenidən qurulması zamanı yüzlərlə insan sümüyü, həmçinin pandemiya dövründə ölən şəxslərin hələ parçalanmamış cəsədlərinin yerləşdirildiyi xüsusi kisələr tapılıb. Məlumata görə, kisələrin üzərində dəfn tarixləri qeyd olunub və onların pandemiya zamanı istifadə edilən tibbi qoruyucu torbalar olduğu müəyyənləşdirilib.
Slatina meri Mario De Mezzo bildirib ki, aşkar edilən insan qalıqları və meyitlər araşdırılmaq üçün polisə təhvil verilib. Hazırda onların kimliyi, qalıqların mənşəyi və ölüm səbəbləri müəyyənləşdirilir.
Mer hadisə ilə bağlı mümkün cinayət motivinin də araşdırıldığını və hüquq-mühafizə orqanlarına ilk müraciətin sentyabrın 3-də edildiyini bildirib.
Qeyd olunub ki, qəbiristanlıq son 16 il ərzində özəl şirkət tərəfindən idarə edilib. Obyekt yalnız bu yaxınlarda bələdiyyənin balansına keçirilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar