Xəbər lenti
Keçmiş nazir təyyarəni “cəhənnəmə” çevirdi – 322 sərnişin geri qaytarıldı
Hadisə Atlantik okeanı üzərində baş verib və təyyarə geri dönməyə məcbur olub.
KLM-in KL735 reysi Amsterdamdan Kürasaoya uçarkən salonda qəfil güclü partlayış səsi eşidilib, ardınca oturacağın üzərindən alov qalxıb. Ekipaj yanğını qısa müddətdə söndürüb.
RTL Nieuws-un məlumatına görə, yanan powerbank 2007–2010-cu illərdə Niderlandın nəqliyyat naziri olmuş, daha sonra KLM-ə rəhbərlik etmiş Kamiel Eurlingsə məxsus olub. Yaxınlıqda oturan sərnişin cihazın hadisə zamanı enerji ilə doldurulduğunu bildirib.
Məsələni xüsusilə diqqətçəkən edən məqam KLM qaydalarıdır: powerbankı təyyarəyə götürmək mümkündür, lakin uçuş zamanı ondan istifadə etmək və onu enerji ilə doldurmaq qadağandır.
Hadisədən sonra pilot Kürasaoya uçuşu davam etdirməyib və təyyarəni Amsterdamdakı Schiphol hava limanına qaytarıb. Eurlingsin yüngül xəsarət aldığı bildirilir. Təyyarədəki 322 sərnişin KLM tərəfindən otelə yerləşdirilib və ertəsi gün başqa təyyarə ilə Kürasaoya yola salınıb.
Kamiel Eurlings üçün hadisənin başqa bir diqqətçəkən tərəfi də var: o, vaxtilə məhz qaydalarını pozduğu bildirilən KLM aviaşirkətinin rəhbəri olub. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























