Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Fitso Slovakiya hərbçilərinin Rusiya ilə müharibəyə göndərilməyəcəyini bildirib

Tarix: 20-09-2026 10:05     Baxış: 476 A- / A+


Fitso Slovakiya hərbçilərinin Rusiya ilə müharibəyə göndərilməyəcəyini bildirib

Slovakiyanın Baş naziri Robert Fitso onun hökuməti hakimiyyətdə olduğu müddətdə ölkə hərbçilərinin Rusiya ilə döyüşmək üçün xaricə göndərilməyəcəyini bildirib.

Manevr.az xəbər verir ki, Fitso bunu vətəndaşlara videomüraciətində deyib. O, bundan əvvəl NATO ilə Rusiya arasında genişmiqyaslı münaqişə üçün bəhanə axtarıldığını düşündüyünü bildirmişdi.

“Əgər kimsə öz milli maraqlarını təmin etmək üçün NATO ilə Rusiya arasında hərbi münaqişə yaratmaq istəyirsə, belə bir addıma görə məsuliyyəti özü daşımalıdır və bunu NATO-nun digər üzv dövlətlərinin üzərinə atmamalıdır”, – Slovakiyanın Baş naziri bildirib.

Fitso qeyd edib ki, müharibənin başlanması üçün bəhanə yaratmaq çətin deyil, lakin real silahlı hücumla digər halları bir-birindən fərqləndirmək lazımdır.

“Mənim hökumətim hakimiyyətdə olduğu müddətdə heç kim uydurma bəhanə əsasında Slovakiya hərbçilərini Rusiya və ya hər hansı başqa ölkə ilə döyüşmək üçün Slovakiyanın hüdudlarından kənara göndərməyəcək”, – o əlavə edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar