Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb

Tarix: 19-09-2026 09:24     Baxış: 485 A- / A+


Tramp Rusiyaya qarşı sərt sanksiyalar haqqında qanun layihəsini imzalayıb
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.
Manevr.az xəbər verir ki, sənəd mərhum senator Lindsi Qremin adını daşıyır və “2026-cı il Lindsi O. Qremin Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu” adlanır.
Qanun Rusiyanın ali rəhbərliyinə, oliqarxlarına və onların ailə üzvlərinə, bank və enerji sektorundakı şirkətlərə, eləcə də Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərə qarşı sanksiyaları nəzərdə tutur. Sənəddə həmçinin Rusiya nefti və qazının alıcılarına qarşı sanksiyaların tətbiqi imkanları da yer alır.
Qanun ABŞ prezidentinə Rusiyanın neft və qazının ən böyük alıcıları sırasında olan üçüncü ölkələrin mallarına 100%-ədək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rusiyadan ABŞ-a ixrac olunan məhsullara isə 500%-ədək rüsum tətbiq edilə bilər.
Qeyd edək ki, qanun layihəsi sentyabrın 16-sında ABŞ Konqresinin Nümayəndələr Palatasında 262 səslə qəbul edilib. 159 konqresmen sənədin əleyhinə səs verib. Senat isə qanun layihəsini avqust ayında təsdiqləyib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar