Xəbər lenti
Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
Maya məhkəmədə Maradonanın müalicə prosesində qərar vermək hüququna malik olduğunu və bəzi hallarda həkimlərin müdaxiləsinə imkan vermədiyini deyib. O bildirib ki, futbolçu özünü pis hiss etdikdə tibbi müdaxiləyə razılaşırdı, lakin həmin dövrdə özünü yaxşı hiss etdiyini düşündüyü üçün müayinədən keçmək istəməyib.
Həkimin sözlərinə görə, Maradonanın ölümündən bir neçə gün əvvəl ayaqlarından birində şişkinlik müşahidə olunub. Bu barədə tibb işçilərindən biri məlumat verdikdən sonra həkim Pedro Di Spanya onun evinə gedib. Lakin Maradona həkimlə görüşməkdən imtina edib.
Maya şişkinliyin birbaşa ürək xəstəliyinin göstəricisi olmadığını bildirib. Bununla belə, onun sözlərinə görə, belə əlamət tibbi müayinə tələb edən xəbərdarlıq siqnalı hesab edilə bilər.
Məhkəmə prosesində məlum olub ki, Maradona ölümündən təxminən bir həftə əvvəl – 18 noyabr 2020-ci ildə şəxsi həkimi Leopoldo Lukeylə münasibətlərini dayandırıb. O, həmçinin “Swiss Medical” şirkətinin təyin etdiyi klinik həkim Pedro Di Spanya və qidalanma mütəxəssisi Lusiano Spina ilə də əməkdaşlığına son verib.
Proses zamanı bəzi şahidlər Maradonanı müalicəsi çətin olan pasiyent kimi xarakterizə ediblər.
Qeyd edək ki, Maradonanın ölümünü araşdıran çoxprofilli tibbi şura futbolçunun tibbi heyətinin davranışlarını “qeyri-kafi, natamam və ehtiyatsız” kimi qiymətləndirib. Maya isə bu nəticə ilə razılaşmayaraq fərqli rəy təqdim edib. publika.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























