Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?

Tarix: 19-09-2026 08:38     Baxış: 332 A- / A+

Mərhum futbolçunun şəxsi həkimi Leopoldo Lukeyə qarşı iş üzrə onun lehinə ifadə verən klinik həkim və mütəxəssis Xose Antonio Maya bildirib ki, Maradonanın ölümündən əvvəl tibbi baxımdan diqqət tələb edən bəzi əlamətləri olub. Onun sözlərinə görə, həmin əlamətlərin qiymətləndirilməsi üçün isə futbolçunun həkimlərin müayinəsinə razılıq verməsi lazım idi.

Maya məhkəmədə Maradonanın müalicə prosesində qərar vermək hüququna malik olduğunu və bəzi hallarda həkimlərin müdaxiləsinə imkan vermədiyini deyib. O bildirib ki, futbolçu özünü pis hiss etdikdə tibbi müdaxiləyə razılaşırdı, lakin həmin dövrdə özünü yaxşı hiss etdiyini düşündüyü üçün müayinədən keçmək istəməyib.

Həkimin sözlərinə görə, Maradonanın ölümündən bir neçə gün əvvəl ayaqlarından birində şişkinlik müşahidə olunub. Bu barədə tibb işçilərindən biri məlumat verdikdən sonra həkim Pedro Di Spanya onun evinə gedib. Lakin Maradona həkimlə görüşməkdən imtina edib.

Maya şişkinliyin birbaşa ürək xəstəliyinin göstəricisi olmadığını bildirib. Bununla belə, onun sözlərinə görə, belə əlamət tibbi müayinə tələb edən xəbərdarlıq siqnalı hesab edilə bilər.

Məhkəmə prosesində məlum olub ki, Maradona ölümündən təxminən bir həftə əvvəl – 18 noyabr 2020-ci ildə şəxsi həkimi Leopoldo Lukeylə münasibətlərini dayandırıb. O, həmçinin “Swiss Medical” şirkətinin təyin etdiyi klinik həkim Pedro Di Spanya və qidalanma mütəxəssisi Lusiano Spina ilə də əməkdaşlığına son verib.

Proses zamanı bəzi şahidlər Maradonanı müalicəsi çətin olan pasiyent kimi xarakterizə ediblər.

Qeyd edək ki, Maradonanın ölümünü araşdıran çoxprofilli tibbi şura futbolçunun tibbi heyətinin davranışlarını “qeyri-kafi, natamam və ehtiyatsız” kimi qiymətləndirib. Maya isə bu nəticə ilə razılaşmayaraq fərqli rəy təqdim edib. publika.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar