Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan İlham Əliyevə təşəkkür edib

Tarix: 18-09-2026 19:38     Baxış: 329 A- / A+
Paşinyan İlham Əliyevə təşəkkür edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda sülhün bərqərar olmasına verdiyi töhfəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Manevr.az xəbər verir ki, Paşinyan bu barədə Hessen Sülh Mükafatını aldığı mərasimdə bildirib.
O, çıxışında qeyd edib ki, Ermənistan və Azərbaycan xalqları keçmişi dəyişdirə bilməyəcəklərini, amma bu günü və gələcəyi dəyişdirə biləcəklərini anlayaraq sülhü qəbul etdi və dəstəklədi:
"Mən həmçinin bu mükafata eyni dərəcədə layiq olan Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Eləcə də Ermənistan və Azərbaycan xalqlarına təşəkkür edirəm. Münaqişənin səbəb olduğu çətinliklərə, insan itkilərinə və iztirablara baxmayaraq, onlar keçmişi dəyişə bilməyəcəklərini, lakin bu günü və gələcəyi dəyişə biləcəklərini anlayaraq sülhü qəbul etdilər və dəstəklədilər".
Paşinyanın sözlərinə görə, sülhün bərqərar olması üçün əsas 2025-ci il avqustun 8-də Vaşinqton sammitində onun və İlham Əliyevin qəbul etdiyi, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış birgə bəyannamə olub.
Baş nazir qeyd edib ki, 2024-cü ildə ölkələr sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyət reqlamentini imzalayıb və ratifikasiya ediblər. Sənəd 1991-ci il Alma-Ata bəyannaməsini bu prosesin əsas prinsipi kimi təsbit edib.
"Bu o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu prinsip həmçinin xarici işlər nazirlərimizin Vaşinqton sülh sammiti zamanı parafladığı Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişdə təsbit edilib", - o əlavə edib.
Paşinyan sazişin paraflanmasını və birgə bəyannamənin qəbul edilməsini Ermənistan və Azərbaycan münasibətlərində tarixi irəliləyiş adlandırıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar