Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya Xarici İşlər Nazirliyi Yaponiyaya tələb irəli sürüb

Tarix: 18-09-2026 15:13     Baxış: 379 A- / A+
Moskva sentyabrın 3-də təqdim etdiyi etiraz notasında Tokiodan ABŞ-ın quru bazalı "Typhon" raket sistemlərinin yerləşdirilməsini dayandırmağı və onları Yaponiya ərazisindən çıxarmağı tələb edib. 
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın nazirliyin rəsmi saytında dərc olunan açıqlamasında bildirilib. 
Bəyanatda qeyd olunub ki, Yaponiyanın sözügedən sistemləri yerləşdirilmə müddətindən və ya üsulundan asılı olmayaraq, hər hansı bəhanə ilə öz ərazisində yerləşdirməsinin yolverilməzliyi xüsusi vurğulanıb.

Bundan əlavə, Moskva Tokionun İkinci Dünya Müharibəsinin nəticələrini – o cümlədən Cənubi Kuril adaları ilə bağlı ərazi məsələlərini – tanımasının və yenidən silahlanma kursundan imtina etməsinin zəruriliyini qeyd edib. 
Bəyanatda həmçinin qeyd olunur ki, sentyabrın 16-da Rusiyanın xarici işlər nazirinin müavini Aleksey Rudenko Yaponiyanın Moskvadakı səfiri Akira Muto ilə görüşdə Tokionu Rusiya notasının məzmununa son dərəcə ciddi yanaşmağa çağırıb.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov Yaponiyanın Kuril adaları ərazisi ilə bağlı BMT-nin yeni dünya xəritəsini dəyişdirmək tələbini cəfəngiyat adlandıraraq rədd etmişdi.

Sevinc
Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar