Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcı təyyarəsi satacaq

Tarix: 18-09-2026 10:11     Baxış: 3218 A- / A+
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd beşinci nəsil F-35 Lightning II qırıcı təyyarəsi və digər hərbi texnikanın 24,3 milyard dollar dəyərində satılmasına dair potensial sazişin təsdiqləndiyini elan edib.
Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, hesabata əsasən, sövdələşməyə qırıcı təyyarələrlə yanaşı, 49 ədəd "Pratt & Whitney F135-PW-100" mühərrikinin, həmçinin rabitə avadanlıqlarının, ehtiyat hissələrinin və digər əlaqəli vasitələrin tədarükü də daxildir.
Dövlət Departamenti qeyd edib ki, təklif olunan bu satış Fars körfəzi regionunda siyasi sabitliyin və iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayan, NATO-ya üzv olmayan əsas müttəfiqin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək.
Agentlik həmçinin əlavə edib ki, qırıcı təyyarələrin satışı regiondakı hərbi balansı pozmayacaq.
Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanını ABŞ-ın NATO-ya üzv olmayan əsas müttəfiqi elan edib.


Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar