Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Gündə cəmi 2 saat işləyərək ayda 10 min qazanır

Tarix: 17-09-2026 22:45     Baxış: 327 A- / A+
İspaniyadan Norveçin Tromso şəhərinə köçən Laura Prieto ölkədə cəmi 2,5 saat işləməklə İspaniyada bir gün ərzində qazandığı məbləği əldə etdiyini açıqlayıb. Norveçdə orta aylıq əməkhaqqının isə Azərbaycan pulu ilə 10 min 400 manatı keçdiyi bildirilir.

İspaniyadan Norveçin şimalındakı Tromso şəhərinə köçən Laura Prieto ölkədəki maaşlar və iş şəraiti ilə bağlı təcrübəsini bölüşüb. Oteldə təmizlik işçisi və turist bələdçisi kimi çalışan Prieto Norveçdə qazandığı gəlirin İspaniyadakı qazancı ilə müqayisədə ciddi fərq yaratdığını bildirib.

Cronista-nın məlumatına görə, Prieto TikTok hesabında paylaşdığı videoda Norveçdə 2,5 saat işləməklə İspaniyada bir günlük işdən qazandığı məbləği əldə etdiyini deyib.

Prietonun sözlərinə görə, bu gəlir səviyyəsi ona iş saatlarını artırmadan qazancını yüksəltməyə və İspaniya ilə müqayisədə daha çox pul yığmağa imkan verib.

Məqalədə təqdim olunan rəsmi məlumatlara əsasən, Norveçdə aylıq əməkhaqqı göstəriciləri belədir:

Orta aylıq maaş: 63 min 700 Norveç kronu
Orta baza maaşı: 58 min 970 Norveç kronu
Yüksək maaşlara baxmayaraq, Tromsonun sərt iqlimi və Norveçdəki yüksək yaşayış xərcləri Prietonun gündəlik həyatına da təsir edib.

Gənc qadın bildirib ki, ölkəyə köçdükdən sonra istehlak vərdişlərini dəyişməli olub. Buna baxmayaraq, əldə etdiyi gəlir sayəsində İspaniya ilə müqayisədə daha çox qənaət edə bildiyini qeyd edib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar