Xəbər lenti
Qərb Cənubi Qafqazdakı siyasi vəziyyətə həyasızcasına müdaxilə edir - Şoyqu

Qərb Cənubi Qafqazdakı siyasi vəziyyətə, xüsusilə də Gürcüstandakı vəziyyətə, açıq şəkildə müdaxilə etməyə çalışır.
Manevr.az-ın xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Rusiya Təhlükəsizlik Şurasının Elmi-Ekspert Şurası Rəyasət Heyətinin iclasında çıxışı zamanı səsləndirib.
"Dövlətlər arasında həlli mümkün olmayan ziddiyyətlər yoxdur, Fikir ayrılıqları yarandıqda, qonşu xalqlar və dövlətlər arasında nifaq salmaqdan kimin faydalandığını dərhal müəyyən etmək lazımdır. Bunun arxasında, bir qayda olaraq, Qərbin maraqları -yəni gəlirli iqtisadi sahələrə, nəqliyyat-logistika dəhlizlərinə və resurslara nəzarəti saxlamaqda maraqlı olan tərəflərin mənafeləri dayanır.
"Eyni zamanda, onlar açıq və həyasızcasına siyasi vəziyyətə müdaxilə etməyə cəhd göstərirlər. Cənubi Qafqazda bunu təkcə Ermənistanın deyil, həm də Gürcüstanın timsalında müşahidə edə bilərik", – deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu yaxınlarda məsələ ilə bağlı çox aydın və məntiqli fikir bildirərək qeyd edib ki, Rusiya ilə gərginliyin artırılması Almaniya və ya Litvanın maraqlarına uyğun ola bilər, lakin bizim maraqlarımıza uyğun deyil.
Gürcüstana gəldikdə isə, rəqəmlər özü hər şeyi deyir, – deyə Şoyqu əlavə edib.
"Ölkənin milli statistika xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul ayları ərzində Rusiya ilə ticarət dövriyyəsi 1,8 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,7% artım deməkdir", – deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Şoyqu əlavə edib ki, Rusiya Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında ikinci yeri tutur və əməkdaşlıq genişlənməkdə davam edir.
"Biz Rusiya-Gürcüstan iqtisadi və humanitar əlaqələrinin inkişafına yardım etməyə hazırıq", – deyə o vurğulayıb
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























