Ukrayna enerji obyektlərinə qarşı hücumların dayandırılması ilə bağlı atəşkəs rejiminin tətbiqinə hazırdır və detalların razılaşdırılması üçün Rusiyadan konkret obyektlərin siyahısını gözləyir.
“RBC-Ukrayna” xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy enerji atəşkəsi ilə bağlı brifinq zamanı bildirib.
XİN nümayəndəsi qeyd edib ki, mümkün enerji atəşkəsi ilə bağlı Ukraynanın mövqeyini daha əvvəl Prezident Volodimir Zelenski açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna uzun müddət belə bir atəşkəsin tətbiqini özü təklif edib. Tixiy bildirib ki, bu rejim ədalətli olmalı və zəruri sahələri əhatə etməlidir.
“Əgər ruslar buna ciddi şəkildə hazırdırlarsa, qoy obyektlərin siyahısını təqdim etsinlər, detalları dəqiqləşdirsinlər, biz bunu gözləyirik. İstərdik ki, Rusiya da bu deeskalasiyaya hazır olduğunu nümayiş etdirsin. Düşünürəm ki, o zaman bütün məsələlərin həlli mümkün olacaq”, – Tixiy vurğulayıb.
Ukrayna tərəfi belə bir rejim tətbiq olunacağı təqdirdə, bütün Ukrayna obyektlərinin qorunmasını və istənilən növ silahdan istifadənin tamamilə qadağan edilməsini tələb edir.
Xəbər lenti
Ukrayna enerji atəşkəsi ilə bağlı Rusiyadan obyektlərin siyahısını gözləyir
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























