Sizin Reklam Burada
Xəbər lenti
13-09-2026
12-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qafqazda uçqun nəticəsində həlak olan 17-ci alpinistin meyiti tapıldı

Tarix: 13-09-2026 21:58     Baxış: 322 A- / A+
Qafqazda yerləşən Bezenqi dərəsində ayın əvvəlində baş verən uçqun nəticəsində həlak olan sonuncu - 17-ci alpinistin meyiti tapılıb.

Bu barədə Kabardin-Balkariyanın operativ xidmətlərindəki mənbə məlumat verib.

Bildirilib ki, alpinistin və qrupun digər üzvlərinin meyit qalıqları Nalçikə çatdırılıb.

Sentyabrın 6-da Bezenqi dərəsində Mijirqi dağından uçqun qoparaq alpinistlərin üzərinə düşüb. Qrup 33 nəfərdən ibarət olub. Onlardan 10-u sağ qalaraq qar uçqununun altından çıxıb və dağdan müstəqil şəkildə enib, daha altı nəfər isə yaralanaraq tibb müəssisələrinə çatdırılıb.

Rusiya Milli Qvardiyası Kabardin-Balkariyada uçqun nəticəsində həlak olan alpinistlər arasında idarənin əməkdaşlarının da olduğunu açıqlayıb.

"Kommersant"ın məlumatına görə, müxtəlif güc strukturlarının əməkdaşlarından ibarət bütöv bir dəstə zərər çəkib. Bundan başqa, həlak olanlar arasında Sankt-Peterburqdan olan təcrübəli təlimatçı Albert İzotov da var. Uçqun baş verən zaman o, qrupla birlikdə buzlaqda təlim keçirirmiş.

Daha əvvəl Pakistanda alpinist-rekordçu uçqun nəticəsində həlak olub. oxu.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar