Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan və Ermənistan bu müddətdən əvvəl sülh sazişi imzalaya bilər - Konqresmen

Tarix: 11-09-2026 14:15     Baxış: 326 A- / A+
ABŞ konqresmeni Abraham Hamada bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi bir çoxlarının gözlədiyindən daha sürətlə irəliləyir və o, yekun sülh sazişinin Donald Trampın hazırkı prezidentlik müddəti başa çatmazdan xeyli əvvəl əldə oluna biləcəyini proqnozlaşdırıb.
Manevr.az-ın xarici mətbuata istinadən məlumatına görə, Hamada"Radio Liberty"yə müsahibəsində TRIPP-i sadəcə bir iqtisadi layihədən daha artıq bir təşəbbüs kimi səciyyələndirərək, onun Ermənistan və Azərbaycanı siyasi və iqtisadi cəhətdən birləşdirə, eyni zamanda Cənubi Qafqazı Qərbin genişlənmiş ticarət və investisiyaları üçün aça biləcəyini vurğulayıb.
"Həm Bakıda, həm də İrəvanda proseslər çox rəvan gedir və hər iki tərəf Cənubi Qafqazda sülh və rifahı təmin etməkdə qərarlıdır", - deyə o qeyd edib.
Eyni zamanda, o, bəzi problemlərin hələ də qaldığını bildirib: "Ermənilərin Azərbaycandan geri qaytarılmasını istədiyi məhbuslar var. Hesab edirəm ki, təkcə Azərbaycanla Ermənistan arasında deyil, həm də son vaxtlar kifayət qədər diqqət ayrılmayan Türkiyə ilə Ermənistan arasında münasibətlərin gücləndirilməsi də faydalı olardı. Hər iki tərəf hələ 2022-ci ildə diplomatik keçidlərdən başlayaraq sərhədləri açmaq barədə razılığa gəlmişdi. Bu, hələ həyata keçirilməyib. Ümid edirik ki, sərhəd açılacaq və beləliklə, Ermənistan Rusiya, Gürcüstan və ya İran vasitəsilə mövcud olanlara əlavə olaraq daha bir ticarət marşrutu əldə edəcək. Buna görə də, Türkiyənin Ermənistanla sərhədinin açılmasını təmin etməliyik".
"Rusiyanın Ermənistana təsiri, məsələn, digər Qafqaz ölkələrinə nisbətən daha güclüdür və ruslara etibar etmək olmaz. Lakin hazırda onlar Ukraynadakı müharibə ilə ciddi şəkildə məşğuldurlar... və ABŞ-ın böyük bir boşluğu doldurduğunu anlayırlar," – deyə Hamade qeyd edib.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar