Xəbər lenti
İtaliyanın keçmiş xarici işlər naziri vəfat edib
Radikal Partiyanın həmtəsisçisi, italyan siyasətçi Emma Bonino 78 yaşında vəfat edib. Manevr.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun üzvü olduğu "+Europa" partiyası məlumat yayıb.
"Bu gün liderimiz bizi tərk etdi. Ökəmizin tarixindəki cəsarətli və azad ruhlu siyasətçilərdən biri dünyasını dəyişdi",- partiyanın bəyanatında deyilir.
Bonino 2013–2014-cü illərdə xarici işlər naziri vəzifəsini tutub, həmçinin Romano Prodinin hökumətində (2006–2008) nazir kimi fəaliyyət göstərib. O, respublika prezidentliyinə mümkün namizədlərdən biri hesab olunurdu. Lakin bir neçə il əvvəl onda xərçəng xəstəliyi aşkar edilmişdi və o, bu xəstəliyə qalib gəlmişdi. Bir neçə gün əvvəl isə onun ciddi tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılıb.
2023-cü ildə əvvəlki dəfə xəstəxanaya yerləşdirildiyi zaman Roma Papası Fransisk ona baş çəkmişdi. Radikal Partiya, digər məsələlərlə yanaşı, qadınların abort hüququnu da müdafiə edirdi.
"Emma Bonino onilliklər ərzində İtaliya siyasətində güclü bir səs olmuş, öz ideya və mövqelərini hər zaman qətiyyətlə müdafiə etmişdir. Siyasi keçmişimiz çox fərqlidir, lakin bu, onun ölkəmiz üçün gördüyü işlərin əhəmiyyətini etiraf etməyimə mane olmur", – deyə İtaliyanın Baş naziri Corcia Meloni yazıb.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























