Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

İtaliyada dünyanın ən dar avtomobili hazırlandı

Tarix: 11-09-2026 08:37     Baxış: 373 A- / A+

İtaliyada dünyanın ən dar avtomobili hazırlandı - FOTO
İtaliyanın avtomobil təmiri və metal emalı ustası Andrea Marazzi dünyanın ən ensiz avtomobilini hazırlayıb.

O, ailəsinə məxsus1993-cü il istehsalı “Fiat Panda”nı qeyri-adi layihəyə çevirib.

Təxminən bir il davam edən kəsmə, qaynaq və yenidənqurma işlərindən sonra avtomobilin eni cəmi 50,20 santimetrə endirilib. Bir nəfərlik mikroavtomobilin qapıları, tavanı və dörd təkəri də daxil olmaqla orijinal hissələrinin böyük hissəsi qorunub.

Avtomobil tamamilə elektrik mühərriki ilə təchiz edilib və çəkisi 264 kiloqramdır. O, saatda maksimum 15 kilometr sürətlə hərəkət edə bilir və bir dəfə doldurulmaqla 25 kilometr məsafə qət edir.

50,20 santimetr enində olan avtomobil “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən dar sürülə bilən avtomobili kimi daxil edilib. Lakin onun ümumi istifadədə olan yollarda hərəkətinə icazə verilmir. Mikroavtomobil tədbirlər və sərgilərdə nümayiş etdirilmək üçün hazırlanıb.

Avtomobilin dar küçələrdə hərəkət etdiyi görüntülər sosial şəbəkələrdə də böyük marağa səbəb olub. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar