Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Polşadakı ukraynalılar ana dillərində danışmağa qorxurlar - Vereşuk

Tarix: 10-09-2026 16:46     Baxış: 325 A- / A+
Polşaya köçən və orada yaşayan Ukrayna vətəndaşları getdikcə daha çox düşmənçiliklə üzləşir və ictimai nəqliyyatda ukraynaca danışmaqdan çəkinirlər. 
Manevr.az xəbər verir ki bu barədə Vladimir Zelenskinin Ofisi rəhbərinin müavini İrina Vereşuk bildirib.
"İnsanlar daim tramvaylarda öz ana dillərində danışmaqdan qorxduqlarını bildirirlər. Məktəbə gedən gənc qadınlar və ya uşaqlar təzyiqə məruz qalmaqdan çəkinirlər. Bu, çox yanlış haldır. Biz Polşa Xarici İşlər Nazirliyi səviyyəsində diplomatik korpusun nümayəndələri ilə müzakirələr apardıq", - deyə Vereşuk vurğulayıb. Onun çıxışı "Novosti Live" Telegram kanalında yayımlanan videoda öz əksini tapıb.
Son vaxtlar Polşada ukraynalılara qarşı hücumlar və fiziki zorakılıq hallarında artım müşahidə olunur. "Rzeczpospolita" qəzetinin məlumatına görə, 2026-cı ilin birinci yarısında polis Polşada yaşayan Ukrayna vətəndaşlarından yerli sakinlər tərəfindən onlara qarşı törədilmiş müxtəlif təcavüzkarlıq hərəkətləri ilə bağlı 180 şikayət qeydə alıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 30%-lik artım deməkdir. Ötən il ərzində isə ümumilikdə bu cür 275 şikayət qeydə alınmışdı.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar