Sizin Reklam Burada
Xəbər lenti
09-09-2026
08-09-2026
BÜTÜN XƏBƏRLƏR

To Lam: Vyetnam və Rusiya bir-birinə siyasi dəstək verəcəklər

Tarix: 09-09-2026 20:41     Baxış: 322 A- / A+

Vyetnam və Rusiya hər bir ölkənin qanuni maraqlarını qorumaq üçün bir-birinə güclü siyasi dəstək verəcəklər.
Manevr.az xəbər verir ki, bu barədə Vyetnam Kommunist Partiyasının baş katibi və prezident To Lam Rusiyaya dövlət səfərindən sonra Rusiya prezidenti Vladimir Putinlə birgə mətbuat konfransında deyib.

“Prezident Putin və mən razılaşdıq ki, ölkələrimiz bir-birinə qətiyyətli siyasi dəstək verəcək, hər bir ölkənin xarici siyasətinə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə riayət etməklə siyasətinə uyğun olaraq bir-birinin qanuni maraqlarının qorunmasını dəstəkləyəcək. Həmçinin gənc nəslin təhsilini gücləndirəcək ki, Vyetnam və Rusiya arasında dostluq, hərtərəfli əməkdaşlıq ənənələri nəsildən-nəslə davam etsin, davamlı şəkildə inkişaf etsin və yeni bəhrələrini versin”, - deyə Vyetnam lideri bildirib.
O qeyd edib ki, Vyetnam həmişə Rusiyanın sabit və güclü inkişafını, eləcə də regional və qlobal məsələlərdə getdikcə daha əhəmiyyətli rolunu dəstəkləy. 
"Biz Rusiyanın inkişafını həmişə diqqətlə izləyir və Rusiya xalqının birliyi və böyük səyləri sayəsində Prezident Putinin müdrik rəhbərliyi altında sosial-iqtisadi inkişafda və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində əldə etdiyi əhəmiyyətli nailiyyətlərə görə onu ürəkdən təbrik edirik",- To Lam vurğulayıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar