Sizin Reklam Burada
Xəbər lenti
07-09-2026
06-09-2026
BÜTÜN XƏBƏRLƏR

AP Macarıstandan LGBT əleyhinə qanunu ləğv etməyi tələb edir

Tarix: 07-09-2026 14:55     Baxış: 321 A- / A+
Oktyabr ayında Avropa İttifaqı qurumları ilə Macarıstan arasındakı qarşıdurmada yeni bir mərhələ başlayacaq. Belə ki, Avropa Parlamenti Macarıstandan LGBT əleyhinə qanunun ləğv edilməsini tələb edir. 
Manevr.az xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Məlumata görə, Avropa Parlamenti ölkənin Avropa standartlarına uyğunluğunu, o cümlədən LGBT əleyhinə qanunun ləğvi ilə bağlı şərtləri qiymətləndirmək məqsədilə oktyabr ayında Macarıstana missiya göndərəcək. Hazırkı məqamda hökumətin sözügedən qanunu ləğv etmək niyyəti yoxdur. Missiya üzvləri yekun hesabatı hazırlamaq üçün Macarıstandakı vətəndaş cəmiyyəti nümayəndələri və qeyri-hökumət təşkilatları ilə də görüşəcəklər.

Avropa Parlamentinin missiyası Macarıstana qarşı 7-ci maddə üzrə prosedurdan imtina edilməsi üçün şəraitin olub-olmadığını qiymətləndirəcək. Bu, Avropa İttifaqı Müqaviləsinə əsaslanan və nəzəri cəhətdən həmin ölkənin İttifaqın norma və dəyərlərini pozması səbəbindən Aİ Şurasında səsvermə hüququnu itirməsinə səbəb ola biləcək bir prosesdir. Sözügedən prosedur Macarıstana qarşı 2018-ci ildə Baş nazir Viktor Orbanın hökumətinə təzyiq göstərmək məqsədilə başladılmışdı.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar