Xəbər lenti
Kaliforniyadakı pizzaxana narkoticarət üçün istifadə edilirmiş - Şəkillər
ABŞ-nin Kaliforniya ştatında 50 yaşlı Hindistan vətəndaşı narkotik vasitələrin külli miqdarda satışı üçün "Round Table Pizza" restoranından istifadə etməkdə ittiham olunub."Fox News" xəbər verir ki, restoranda 18 kiloqramdan çox narkotik vasitə, üç ədəd silah və 10 min dollardan çox nağd pul aşkarlanıb.
ABŞ-də qanunsuz yaşayan Kaval Prit Sinqh məhkəmə iclasında özünü təqsirli bilməyib. Federal prokurorların iddiasına görə, o, Dinuba şəhərindəki restorandan qanunsuz maddələrin paylanması üçün istifadə edib. Hazırda həmin obyekt bağlanıb.
"Round Table Pizza" şirkətindən bildirilib ki, Sinqh sözügedən filialda təxminən bir ay yarım çalışıb. Restoran müstəqil sahibkarlar tərəfindən idarə olunub. Mülkiyyətçilərin qanunsuz fəaliyyətdən xəbərsiz olduğu və hazırda istintaqla əməkdaşlıq etdiyi qeyd edilib.
Sinqh növbəti məhkəmə iclasınadək azadlıqda qalacaq. Ona qarşı narkotik vasitələr və silahla bağlı federal ittihamlar irəli sürülüb. oxu.az
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























