Xəbər lenti
Lavrov müharibənin başladığını elan etdi
Almaniyanın Leypsiq hava limanında aşkar edilmiş pilotsuz uçuş aparatı ilə bağlı Moskvaya qarşı irəli sürülən ittihamlar müharibənin başlanğıcı kimi qiymətləndirilə bilər. Manevr.az xəbər verir ki, "RİA Novosti"nin məlumatına görə, xarici işlər naziri Sergey Lavrov bu barədə jurnalist Pavel Zarubinə verdiyi müsahibədə bildirib.
"Leypsiq hava limanı... Orada hansısa bir dron aşkar etdilər. Onun Rusiya dronu olduğunu iddia etdilər, heç kim məsələni daha dərindən araşdırmağa təşəbbüs göstərmədi. Bütövlükdə götürdükdə, bu, əslində əsl müharibənin başlanğıcı deməkdir. Onlar Baş Konsulluğu Bonn şəhərindən çıxardılar və sazişə xitam verildiyini elan etdilər. Berlinlərdəki 'Rusiya Evi'ni bağlayırlar. Xatırlayıram ki, İkinci Dünya Müharibəsi — daha doğrusu, Böyük Vətən Müharibəsi - başlamazdan əvvəl almanlar da öz diplomatik nümayəndəliklərini bağlamışdılar",- deyə Rusiya xarici işlər naziri hadisəni şərh edərkən bildirib.
Lavrov bu cür hərəkətləri tamamilə yolverilməz adlandırıb və Qərb ölkələrinin yenidən müharibə istədiyini bildirib.
Daha əvvəl xəbər verilmişdi ki, Almaniya hüquq-mühafizə orqanları Leypsiq-Halle hava limanındakı pilotsuz uçuş aparatı (PUA) insidentindən sonra üçüncü bir PUA aşkar ediblər. Bundan əlavə, onlar hadisə yerində təxminən 50 qram partlamamış partlayıcı maddə də tapıblar.
Sevnc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























