Xəbər lenti
ABŞ 3 İran tankerini məhv etdiyini açıqlayıb
ABŞ ordusu İranın bölgədəki iki ABŞ hərbi gəmisini hədəf aldıqdan sonra İran İnqilab Keşikçilərinə məxsus üç tankeri məhv etdiyini açıqlayıb.Manevr.az xəbər verir ki, bu açıqlama ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında yer alıb.
Açıqlamada bildirilib ki, CENTCOM İran İnqilab Keşikçiləri Korpusu regional sularda patrul xidməti göstərən iki ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbi gəmisinə ballistik raketlər atdıqdan sonra üç İran xam neft tankerini hədəf alıb.
Bəyanatda ABŞ gəmilərinin İran hücumundan uğurla xilas olduğu və CENTCOM-un Qarq adası yaxınlığında iki İran xam neft tankerini sıradan çıxardığı və Oman körfəzində bir İran tankerini məhv etdiyi qeyd olunub.
CENTCOM komandanı admiral Bred Kuperin İranın məhdud və həssas neft donanmasını lazım gələrsə məhv etməkdən çəkinməyəcəklərini deyib.
"İran İnqilab Keşikçilərinə mesajımız aydındır: Əgər gəmilərimə atəş açsanız, daha ağır iqtisadi bədəl ödəyəcəksiniz",- komandan əlavə edib.
Mərkəz Komandanlığının sosial mediada verdiyi açıqlamadan sonra ABŞ müdafiə naziri Pit Heqset də paylaşım edərək "Bu, çox sadədir: Əgər İran ABŞ gəmilərinə atəş açsa, biz neft tankerlərini məhv edib batıracağıq. Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır" yazıb.
Hegset İranın heç bir donanması və ya hava qüvvəsi olmadığını və neft tanker donanmasının müdafiəsiz olduğunu vurğulayıb və əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələri və Donanması bütün donanmaya hücum edə bilər.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































