Sizin Reklam Burada
Xəbər lenti
05-09-2026
04-09-2026
BÜTÜN XƏBƏRLƏR

Nepalda iki nəfər fəlakətdən 10 gün sonra xilas edildi

Tarix: 05-09-2026 16:44     Baxış: 347 A- / A+
 Çin sərhədi yaxınlığındakı Rasuva rayonunda və ətraf ərazilərdə baş verən daşqınlar səbəbindən köməksiz vəziyyətdə qalan iki nəfər fəlakətdən 10 gün sonra xilas edilib.
Manevr.az xəbər verir ki, bu barədə rəsmilərin daşqınlardan sonra davam edən axtarış-xilasetmə əməliyyatları ilə bağlı açıqlamalarında bildirilib.
Məlumata görə, daşqın zonasındakı su-elektrik stansiyası tunelində sıxışıb qalan çinli işçi xilas edilib. Bundan əlavə, Nuvakot rayonunda başqa bir əməliyyat zamanı bir qadın xilas edilərək hava yolu ilə Katmanduya çatdırılıb.
İndiyədək daşqınlar nəticəsində 1342 nəfər həyatını itirib, itkin düşmüş 4000-dən çox insan üçün isə axtarış-xilasetmə işləri davam edir.
Ekspertlər buzlaq uçqununa işarə edirlər. Daha əvvəl bildirilmişdi ki, avqustun 26-da Nepalın Rasuva rayonunda baş verən daşqınlar nəticəsində onlarla körpü dağılıb və yollara ziyan dəyib. Bu səbəbdən axtarış-xilasetmə işləri üçün helikopterlər cəlb olunub.
Əvvəlcə bölgədə daşqınlardan əvvəl zəlzələ baş verdiyini bildirən ABŞ Geoloji Xidməti (USGS) məlumatlarını yeniləyərək, maqnitudası 5,2 olan seysmik hadisənin mənbəyinin buzlaq uçqunu olduğunu açıqlayıb.
Katmanduda yerləşən Beynəlxalq İnteqrasiya olunmuş Dağ İnkişafı Mərkəzinin (ICIMOD) ekspertləri bildiriblər ki, daşqına ərazidəki dağlıq relyefdən qopan buzlaq parçalarının səbəb olduğu uçqun yol açıb.


Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar