Xəbər lenti
Ukraynada fırıldaqçı zəng mərkəzlərinə himayədarlıq edən rəsmi şəxs ifşa olunub
Manevr.az xəbər verirki, bu barədə Korrupsiya ilə Mübarizə Mərkəzi (ANTAC) məlumat yayıb.
Mərkəz özünün "Telegram" kanalında bildirib ki, "kansler" ləqəbli şəxsin Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq Departamentinin rəis müavini Serhiy Krapiva olduğu ehtimal edilir. ANTAC-ın məlumatına görə, Krapiva əvvəllər polis orqanlarında çalışıb və Odessa Regional Administrasiyasının rəhbəri Oleq Kiperin müavini vəzifəsində işləyib.
Şənbə günü Ukraynanın korrupsiya ilə mübarizə qurumları "Karfagen" kod adlı əməliyyata başlayaraq, Baş Prokurorluğun şöbə rəislərindən birinin rəhbərlik etdiyi beş nəfərlik cinayətkar qruplaşmanı ifşa ediblər. İstintaqın məlumatına görə, həmin vəzifəli şəxs 2025-ci ilin ortalarından etibarən 42 milyon qrivna (təxminən 941 000 ABŞ dolları) məbləğində vəsaiti leqallaşdırıb. Milli Korrupsiya ilə Mübarizə Bürosu tərəfindən əldə edilən yazılarda cinayətkar "Kansler" ləqəbi ilə, onun yaxın ətrafındakı şəxs "Muza", sürücüsü "Yoldaş", köməkçisi isə "Fleş" kimi təqdim olunur.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































