Xəbər lenti
Belarus hərbi qulluqçuları Rusiyada əməliyyat-taktiki təlimlərdə iştirak edirlər
Belarus hərbi qulluqçuları əməliyyat-taktiki təlimlərin ikinci mərhələsində iştirak etmək üçün Rusiyanın Aşuluk təlim poliqonuna gəliblər.
Manevr.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yatıb..
"Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin şəxsi heyəti əməliyyat-taktiki təlimin ikinci mərhələsində iştirak etmək üçün Rusiyadakı Aşuluk təlim poliqonuna gəliblər. Buraya dəmir yolu ilə daha əvvəl gələn 115-ci Zenit Raket Alayı və 8-ci Radiotexnika Briqadası daxildir", - məlumatda deyilir.
Bildirilib ki, şəxsi heyət artıq səhra düşərgəsində yerləşdirilib. Orada yaşayış çadırları, səhra mətbəxi, yeməkxana, tibb mərkəzi, istirahət və məlumat otağı və idman meydançası yaradılıb. Yaxın günlərdə hərbçilər avadanlıqları qəbul edəcək, döyüş istifadəsinə hazırlayacaq və atəş sınaqlarından keçəcəklər.
Bundan əvvəl Belarus Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələri ilə əməliyyat-taktiki təlimlərin 25 avqust - 10 sentyabr tarixlərində keçiriləcəyini, ikinci mərhələnin isə Aşuluk təlim poliqonunda keçiriləcəyini açıqlamışdı.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























