Xəbər lenti
Almaniya polisi müəmmalı məktub aldı: Enerji obyektlərinə hücumları...
Almaniyanın hüquq-mühafizə orqanları Cənubi Brandenburqda enerji obyektlərinə qarşı təxribatların törədilməsi ilə bağlı etiraf məktubu alıblar.Bu barədə yerli polis "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Turnov-Preylakda (Brandenburq torpağı - red.) baş verən hücuma görə müəllifin məsuliyyəti öz üzərinə götürdüyü məktub almışıq", - deyə idarənin açıqlamasında qeyd olunub.
Məktubda Berqhaymdakı insidentlərdən və Brandenburqdakı "Yenşvalde" İES-dən bəhs olunur. Məktubun müəllifi əməllərini qazıntı yanacağından əldə edilən enerjinin istifadəsinə etirazla izah edir.
Poçt ştampına əsasən, məktub Şimali Reyn-Vestfaliyadan göndərilib. Polis məktubu göndərən şəxsin enerji obyektlərinə hücumlarda iştirak edib-etmədiyini yoxlayır.
Qeyd edək ki, sentyabrın 3-də Almaniyanın Dormaqen şəhərindəki elektrik yarımstansiyasının yaxınlığında şübhəli əşya tapılıb. Onun partlayıcı maddə və ya buraxılış qurğusu olduğu ehtimal edilir. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































