Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

Türkiyədən Avropa Parlamentinə reaksiya: Tarixi faktlar təhrif olunur

Tarix: 03-09-2026 21:46     Baxış: 3200 A- / A+
Türkiyə Avropa Parlamentinin (AP) Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il Aİ büdcəsi ilə bağlı tövsiyələrinə daxil edilən və Cənubi Kipr Rum Administrasiyası tərəfindən Türkiyə Silahlı Qüvvələrinə (TSK) qarşı irəli sürülən iddiaları sərt şəkildə tənqid edib.
Manevr.az xəbər verir ki, Xarici İşlər Nazirliyi Avropa Parlamentində səsləndirilən "böhtanlar"la bağlı yazılı bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Avropa Parlamentinin Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsi Aİ-nin 2027-ci il büdcəsi ilə bağlı rəyində, Yunan Kipr Administrasiyası tərəfindən Türk Silahlı Qüvvələrinə qarşı böhtan atmaq məqsədilə ucaldılması nəzərdə tutulan qondarma bir abidə üçün vəsait ayrılmasını tövsiyə edib.
Türk Silahlı Qüvvələrinin 1974-cü il Kipr Sülh Hərəkatı ilə Kipr türklərinin məhv edilməsinin qarşısını aldığı və bütün adaya yarım əsrdən çoxdur davam edən sülhü gətirdiyi vurğulanan bəyanatda deyilir: "Yunan Kipri tərəfinin irəli sürdüyü iddialar tarixi faktları təhrif edir və məsələni siyasiləşdirir. Aİ qurumlarının Kipr məsələsinin həllinə töhfə vermək əvəzinə, qərəzsizlik və ədalət prinsiplərindən imtina edərək Yunan Kipri təbliğatının alətinə çevrilməsi icmalararası etimadı daha da sarsıdır. Biz Aİ rəsmilərini, atdıqları hər addımla Türkiyəni Aİ-dən uzaqlaşdırmağı hədəfləyən dairələrin alətinə çevrilməməyə çağırırıq".


Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar