Xəbər lenti
Tramp müttəfiqlərə sursat satışının bərpa olunacağını bildirib
Birləşmiş Ştatlar tezliklə müttəfiqlərinə sursat satışını bərpa edəcək.Manevr.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O "Truth Social" platformasındakı paylaşımında ABŞ mediasını sərt tənqid edərək, onları "sursat çatışmazlığı barədə dayanmadan danışmaqda ittiham edib. Bunun 100% yalan olduğunu vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, Birləşmiş Ştatlar demək olar ki, tükənməz orta və yüksək kalibrli sursat ehtiyatlarına malikdir. Bu ehtiyatlar həm bu müharibədə(İrana qarşı), həm də baş verməsi ehtimalı çox aşağı olan hər hansı digər münaqişədə istifadə oluna biləcək miqdardan qat-qat çoxdur.
"Bundan əlavə, biz misli görünməmiş miqdarda sursat istehsal edirik. Biz ehtiyatları bərpa edir və istənilən gözlənilməz vəziyyətə hazırlaşırıq. Biz bunu başqalarına satmaq üçün deyil, özümüz və ABŞ üçün istehsal edirik. Bununla belə, müttəfiqlərə satışlar tezliklə bərpa olunacaq", – deyə Tramp bildirib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































