Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ukraynalılara bir həftəlik ərzaq ehtiyatı toplamaq tövsiyə olunub

Tarix: 03-09-2026 19:52     Baxış: 3182 A- / A+


Ölkədə gözlənilməz fövqəladə halların baş verməsi ehtimalını nəzərə alaraq, ukraynalılar bir həftəlik ərzaq ehtiyatı saxlamalıdırlar. 
Manevr.az-ın xəbərinə görə, bu barədə Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Visotski məlumat verib.
Onun sözlərinə görə, anbarlardan mağazalara çatdırılmada yarana biləcək mümkün fasilələr səbəbindən əvvəlcədən uzunmüddətli istifadə üçün nəzərdə tutulan məhsulların ehtiyatını toplamaq məqsədəuyğundur.

Nazir uzunmüddətli ərzaq çatışmazlığı olmayacağını proqnozlaşdırır, lakin logistika problemləri ucbatından "qısamüddətli fasilələr"in yarana biləcəyini istisna etmir. Visotski bildirib ki, anbarlara dəyən ziyan nəticəsində yaranan maliyyə itkiləri on milyardlarla qrivna təşkil edir.
Son vaxtlar Kiyev və ölkənin qərb bölgələri də daxil olmaqla, Ukraynanın bir çox şəhərindəki mağazalarda təchizatla bağlı problemlər barədə məlumatlar yayılır. Supermarketlərdə boş qalmış rəflərin şəkilləri dövriyyədədir. Buna cavab olaraq, artıq ölkə üzrə ərzaq alışına məhdudiyyətlər tətbiq edilməyə başlanıb.

Sevinc
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar