Sizin Reklam Burada
Xəbər lenti
01-10-2026
30-09-2026
BÜTÜN XƏBƏRLƏR

Böyük Britaniya və Fransa Ukraynada SCALP raketlərinin istehsalını müzakirə edib

Tarix: 03-09-2026 19:46     Baxış: 474 A- / A+


Böyük Britaniya və Fransa Ukraynada SCALP raketlərinin istehsalını müzakirə edib
Böyük Britaniyanın Baş naziri Endi Börnem və Fransa Prezidenti Emmanuel Makron Ukrayna ərazisində uzaqmənzilli SCALP qanadlı raketlərinin istehsalı üçün xətlərin yaradılmasını müzakirə ediblər.
Manevr.az xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının ofisi liderlərin Londonda keçirilən görüşünün yekunlarına dair bəyanatda məlumat yayıb.
“Ukrayna ilə bağlı tərəflər Britaniya texnologiyalarından istifadə edən uzaqmənzilli SCALP raketlərinin Ukrayna ərazisində istehsalı üçün xətlərin yaradılması istiqamətində növbəti addımları müzakirə ediblər”, – məlumatda bildirilib.
Börnem və Makron, həmçinin ötən həftə Kiyevdə keçirilmiş “İstəklilər koalisiyası”nın görüşünün nəticələrini müzakirə ediblər.
Bundan əvvəl Börnem hökumətinin MBDA müdafiə şirkətinə SCALP raketlərində istifadə olunan Britaniya komponentləri ilə bağlı məxfi məlumatları Ukraynaya ötürməyə icazə verdiyini açıqlamışdı.
Kremlin sözçüsü Dmitri Peskov isə Britaniyanın bu addımlarını tənqid edərək Londonun münaqişədə Ukrayna tərəfini dəstəklədiyini bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar