Xəbər lenti
Dünyanın ən varlı 10 insanı açıqlandı: Maskın sərvəti 892 milyard dollara çatdı 3 Sentyabr 2026 09:04

"SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması İlon Maskın sərvətinin kəskin artmasına səbəb olub.
Manevr.az xəbər verir ki, "Forbes"in sentyabrın 1-də saat 00:00-a olan hesablamalarına əsasən, Mask avqust ayında sərvətini 202 milyard dollar artıraraq 892 milyard dollara çatdırıb. Bununla da o, dünyanın ən varlı şəxsi statusunu qoruyub.
Qeyd olunur ki, Maskın sərvəti iyul ayında 363 milyard dollar azalmışdı. Lakin avqustda vəziyyət tamamilə dəyişib. Bu dövrdə "SpaceX" səhmləri 33 faiz, "Tesla" səhmləri isə 18 faiz bahalaşıb.
İlon Maskın 892 milyard dollarlıq sərvəti dünyanın ikinci ən varlı şəxsi Larri Peycin göstəricisini üç dəfədən çox üstələyir. Avqust ayında 15 milyard dollar itirən Larri Peycin sərvəti 277 milyard dollara enib.
"Amazon"un təsisçisi Ceff Bezosun sərvəti 10 milyard dollar azalaraq 268 milyard dollar, "Google"un həmtəsisçisi Sergey Brinin sərvəti isə 13 milyard dollar azalaraq 256 milyard dollar olub. Onlar müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.
İlk altılıqda avqust ayında dəyişiklik baş verməyib. Maykl Dell 241 milyard dollarla beşinci, Mark Zukerberq isə 197 milyard dollarla altıncı yerdədir.
"Oracle" səhmlərinin 15 faiz yüksəlməsi Larri Ellisonun sərvətinə də ciddi təsir edib. Onun sərvəti 25 milyard dollar artaraq 193 milyard dollara yüksəlib və nəticədə Ellison yeddinci pilləyə keçib.
"Nvidia"nın baş direktoru Censen Huanq da avqustda sərvətini 17 milyard dollar artırıb. Buna baxmayaraq, o, 191 milyard dollarla səkkizinci sırada yer alıb.
Bu arada Bernar Arno və Uorren Baffet dünyanın ən varlı 10 şəxsi arasındakı mövqelərini itiriblər. Arnonun sərvətinin azalmasına "LVMH" səhmlərinin ucuzlaşması, Baffetin sərvətindəki geriləməyə isə "Berkshire Hathaway" səhmlərinin düşməsi səbəb olub.
Onların yerini Stiv Ballmer və Amansio Orteqa tutub. Keçmiş "Microsoft" rəhbəri Stiv Ballmerin sərvəti 10 milyard dollar artaraq 155 milyard dollara çatıb və o, doqquzuncu pillədə qərarlaşıb. "Inditex"in təqaüdçü rəhbəri Amansio Orteqanın sərvəti isə 5 milyard dollar artaraq 148 milyard dollara yüksəlib.
Dünyanın ən varlı 10 insanı:
İlon Mask - 892 milyard dollar
Larri Peyc - 277 milyard dollar
Ceff Bezos - 268 milyard dollar
Sergey Brin - 256 milyard dollar
Maykl Dell - 241 milyard dollar
Mark Zukerberq - 197 milyard dollar
Larri Ellison - 193 milyard dollar
Censen Huanq - 191 milyard dollar
Stiv Ballmer - 155 milyard dollar
Amansio Orteqa - 148 milyard dollar
"Forbes"in məlumatına görə, dünyanın ən varlı 10 insanının ümumi sərvəti hazırda 2,8 trilyon dollardır. İyul ayında bu rəqəm 2,6 trilyon dollar təşkil edib.
Bütün üzvləri kişilərdən ibarətrb olan siyahıda yer alan 10 milyarderdən doqquzu ABŞ vətəndaşıdır. İlk onluqda ABŞ-dən kənarı təmsil edən yeganə şəxs isə İspaniya vətəndaşı olan Amansio Orteqadır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























