Xəbər lenti
Türkiyədən Rusiyaya uçuşlar ləğv olunur
Türkiyənin aviaşirkətləri Rusiyanın hava məkanında yaranmış vəziyyət fonunda bu ölkəyə uçuşları ləğv etməyə və təxirə salmağa başlayıb.
Manevr.az xəbər verir ki, Türkiyənin “Pegasus” aviaşirkəti sərnişinlərin təyyarəyə minməsi zamanı Bodrumdan Moskvaya həyata keçirilməli olan reysi ləğv edib.
Turistlərin sözlərinə görə, aviaşirkətin nümayəndələri qərarı Rusiya hava məkanındakı vəziyyətlə əlaqələndirib və Türkiyə tərəfinin Rusiyaya uçuşların həyata keçirilməsini məhdudlaşdırdığını bildiriblər. Sərnişinlər aviaşirkət əməkdaşlarının onlara “Nə gözləyəcəyimizi bilmirik, Türkiyə tərəfi uçuşlara icazə vermir” dediyini bildiriblər.
Son sutka ərzində Moskvanın üç əsas hava limanında ümumilikdə 77 reys gecikib və ya ləğv edilib.
Ən çox dəyişiklik Şeremetyevo hava limanında qeydə alınıb. Burada 40 reys üzrə uçuş cədvəli pozulub. Domodedovoda 20, Vnukovoda isə 17 reys gecikib və ya ləğv olunub. Ən uzun gecikmə Antalyadan Domodedovoya uçmalı olan reysdə qeydə alınıb. Həmin reysin uçuşu 9 saatdan çox təxirə salınıb.
Rusiyada aviasiya sahəsində yaranmış vəziyyət Ukrayna Prezidenti Vladimir Zelenskinin beynəlxalq aviaşirkətlərə xəbərdarlığından sonra daha da diqqət çəkib. Zelenski beynəlxalq aviadaşıyıcılara Rusiya hava məkanında uçuşlarla bağlı risklərin artdığını bildirib. Onun sözlərinə görə, Ukrayna mülki təyyarələri hədəfə almaq niyyətində deyil. Lakin Rusiya səmasında pilotsuz uçuş aparatlarının sayının artacağı və aviaşirkətlərin bu amili nəzərə almalı olduğu barədə xəbərdarlıq edib.
Rusiya tərəfi isə mülki aviasiyanın fəaliyyətində ciddi fasilələrə yol verilməyəcəyini açıqlayıb. Rusiya Nəqliyyat Nazirliyindən bildirilib ki, aidiyyəti qurumlar mümkün təhlükələrin qarşısının alınması məqsədilə koordinasiyalı fəaliyyət göstərirlər.
Bununla belə, vəziyyət artıq beynəlxalq aviasiya əlaqələrinə təsir göstərməyə başlayıb. Ayrı-ayrı xarici aviadaşıyıcılar Rusiya hava məkanında yaranmış risklər səbəbindən bu ölkəyə uçuşları ləğv edir və ya təxirə salırlar.
Hazırda vəziyyətin nə qədər davam edəcəyi və digər xarici aviaşirkətlərin də Rusiyaya uçuşlarla bağlı məhdudiyyət tətbiq edib-etməyəcəyi məlum deyil.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































