Manevr.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Tuğberk İmamoğlu” gəmisi batıb və 10 nəfərlik heyət üzvü ilə əlaqə kəsilib.
Sahil Mühafizəsi və Dəniz Təhlükəsizliyi qrupları onların axtarışına başlayıb.
Türkiyə Dənizçilik Baş İdarəsi də hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, Mərmərə dənizində “Tuğberk İmamoğlu” quru yük gəmisi ilə “Alsu” tankeri toqquşub.
Qəza saat 03:15 radələrində Silivri sahillərindən təxminən 18 mil aralıda baş verib. İskəndərundan Karadeniz Ereğliyə 4 199 ton rulon polad daşıyan “Tuğberk İmamoğlu” gəmisində 10 nəfərlik heyət olub.
Toqquşmadan sonra “Tuğberk İmamoğlu” gəmisindən heç bir cavab alınmayıb. Heyət üzvlərinin mobil telefonlarına edilən zənglər də cavabsız qalıb. Bu səbəbdən gəminin batdığı ehtimal edilir.
Gəmiyə məxsus xilasetmə vasitələri dəniz səthində aşkarlanıb. Lakin onların içərisində heyət üzvlərindən heç biri müəyyən edilməyib.
Hazırda hadisə yerində 14 axtarış-xilasetmə vasitəsi, bir helikopter və ALSU tankeri iştirak edir. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qəzanın dəqiq səbəbi hələlik məlum deyil.
Xəbər lenti
İmamoğlu gəmisi batdı - Heyət üzvləri axtarılır

Türkiyənin Kocaeli bölgəsindən Əliağaya gedən “Alsu” və İskəndərundan Ereğliyə doğru hərəkət edən “Tuğberk İmamoğlu” adlı ticarət gəmiləri Mərmərə dənizinin Silivri sahillərində toqquşub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























