Xəbər lenti
İsrail Yunanıstanda çoxpilləli hava hücumundan müdafiə sistemi quracaq
Manevr.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saziş İsrailin Afina üçün qabaqcıl, çoxpilləli hava və raket hücumundan müdafiə sistemi qurmasını nəzərdə tutur.
Sənədi İsrail Müdafiə Nazirliyinin Baş direktoru, ehtiyatda olan general-mayor Amir Baram və onun yunanıstanlı həmkarı İoannis Buras imzalayıblar.
Nazirlik bildirib ki, bu saziş çərçivəsində İsrail Yunanıstanda tamamilə İsrail istehsalı olan sistemlərdən ibarət və İsrailin müdafiə qurumunun müharibə zamanı əldə etdiyi geniş döyüş təcrübəsinə əsaslanan hərtərəfli, çoxşaxəli hava hücumundan müdafiə sistemi quracaq.
Yunanıstanda proqram "Axillesin Qalxanı" adlandırılıb. Sazişə əsasən, İsrail Yunanıstan tərəfini "Davidin Sapfanı" (David's Sling) raketdən müdafiə sistemləri, "Barak MX" mobil hava və raketdən müdafiə sistemləri, "Spyder" qısa mənzilli hava hücumundan müdafiə raket sistemi və MMR mobil radar stansiyaları ilə təchiz edəcək; həmçinin hava və raketdən müdafiə vasitələrinin tam spektrini özündə birləşdirən yeni milli taktiki komanda-idarəetmə sistemi hazırlayacaq.
İsrail Müdafiə Nazirliyi qeyd edib ki, bu, İsrail ilə Yunanıstan arasında hərbi əməkdaşlıq tarixindəki ən böyük və bütövlükdə İsrailin müdafiə sənayesi üçün ən əhəmiyyətli sazişlərdən biridir. Nazirlik vurğulayıb ki, İsrail ilk dəfə olaraq ballistik raketlərdən tutmuş pilotsuz uçuş aparatlarına (PUA) qədər geniş spektrli hava təhdidlərinə qarşı mübarizə üçün nəzərdə tutulmuş kompleks sistemi ixrac edəcək.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































