Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Çində beşyaşlı uşaq qızıl külçəsi uddu

Tarix: 28-08-2026 08:55     Baxış: 382 A- / A+
Çində beşyaşlı uşaq qızıl külçəsi  udduÇinin paytaxtı Pekində beş yaşlı qızın oyun zamanı qızıl külçəsi udduğu bildirilib. Həkimlərin müdaxiləsi nəticəsində külçə uşağın orqanizmindən çıxarılıb.
Manevr.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb. 
Məlumata görə, qız oyun zamanı uzunluğu təxminən 4 santimetr, çəkisi isə 50 qram olan qızıl külçəsini udub. Əşya altı saat ərzində təbii yolla xaric olmadıqdan sonra valideynləri uşağı xəstəxanaya aparıblar.
Həkimlər külçənin uşağın həzm sistemində ilişib qalmasından və bunun daxili orqanların zədələnməsinə səbəb ola biləcəyindən ehtiyat ediblər. Bu səbəbdən təcili endoskopik müdaxilənin aparılmasına qərar verilib.
Prosedur zamanı həkimlər kameralı elastik boru vasitəsilə uşağın mədəsində yad cismi aşkar ediblər. Bir neçə dəqiqə sonra külçə ehtiyatla çıxarılıb.
Məlumata görə, qız hadisə nəticəsində xəsarət almayıb.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar