Sizin Reklam Burada
Xəbər lenti
26-08-2026
25-08-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyanın qızlarının manikür-pedikürü üçün dövlət büdcəsindən pul ayrılıb - “Hraparak”

Tarix: 27-08-2026 10:21     Baxış: 327 A- / A+
Paşinyanın qızlarının manikür-pedikürü üçün dövlət büdcəsindən pul ayrılıb - “Hraparak”
Ermənistanın 2026-cı ilin dövlət büdcəsinə əsasən, “Hökumət Xüsusi İqamətgahlar Təsərrüfatı” QHT-nin maliyyələşdirilməsi 621 milyon 340 min 100 dram təşkil edir. 2023-cü ildə bu məbləğ təxminən 542 milyon dram, 2024-cü ildə isə artıq 603 milyon dram olub. Bu il isə 2025-ci illə müqayisədə 18 milyon dram artıb.
Manevr.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr yazıb ki, bu vəsaitlər yalnız yüksək vəzifəli şəxslərə (Baş nazir, Prezident və digərləri) ayrılmış dövlət iqamətgahlarının və ərazilərinin mühafizəsinə, kommunal xərclərə, təhlükəsizliyə və texniki xidmətə sərf olunur:
“Amma məlum olur ki, bütün xərcləri - ərzaqdan, tualet kağızından tutmuş digər məişət ehtiyaclarına qədər buradan qarşılayırlar. Məsələn, təsadüfən öyrəndik ki, bu qurum hətta Baş nazir Nikol Paşinyanın qızlarının manikür xərclərini də ödəyir. Mənbəmiz bildirib: “Gedib manikür-pedikür etdirirlər, sonra pulu “Hökumət Xüsusi İqamətgahlar Təsərrüfatı”dən salonun hesabına köçürürük”.
Məlumatı dəqiqləşdirməyə çalışsaq da, qurumun telefon nömrələri ictimaiyyət üçün əlçatan deyil. Açıqlama almaq ümidi ilə baş nazirin yeni təyin olunmuş mətbuat katibi Melaniya Arutyunyanla əlaqə saxladıq. Yazılı sorğu göndərməyimizi istədi, göndərdik və artıq təxminən 15 gündür cavab gözləyirik.
Müəmmalı sükutdan belə nəticəyə gəlmək olar ki, məlumatı təsdiqləmək istəməyiblər, amma təkzib də edə bilməyiblər və buna görə heç nə deməməyi üstün tutublar.
Beləliklə, səhərdən axşama qədər ictimai vəsaitlərin talanmasından danışan Paşinyan və onun ailə üzvlərinin ən adi ehtiyacları belə dövlət büdcəsinin hesabına qarşılanırdı”.teleqraf

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar